Facebook

az

ru

A-dan Z-ə Dental Likbez

vocabulary

Ağartma – müsbət və mənfi tərəfləri

Acı da olsa, həqiqətdir ki, ağartma proseduru nadir hallarda dişlərə ideal ağ rəng bəxş edir. Burada nəticə, bir çox hallarda, mina qatının, yaxud dentinin xilas olmaq istədiyimiz rənginin dəyişməsinin fərdi xarakter xüsusiyyətlərindən asılı olur. Əgər insanın dişlərinin təbii rəngi bozdursa, onda ağartmadan sonra onlar sarımtıl çalara malik olacaq. Elə sarı dişlər də qar kimi ağ ola bilməz. Ağartma proseduru, əsas etibarilə, yalnız mina qatının üst hissəsinə təsir edir. Ona görə də dünyada heç bir mütəxəssis təbii rəngi ağdan fərqli olan mina qatını qar kimi ağ edə bilməz (xüsusilə, bircə prosedurdan sonra).

Daha ətraflı
1039650_207772702709801_1946827768_o

Ağız yaxalama vasitələri

İlkin ağız yaxalama vasitələri yalnız dezodorant kimi istifadə edilirdi. Bir qayda olaraq, bu vasitələr su-spirt qarışığından ibarət olub, mentol, vanilin və ot cövhərlərindən hazırlanmış bir neçə təravətləndirici komponenti də ehtiva edirdi. Bu vasitələr qida qəbulundan sonra ağızdakı qida qalıqlarının yaxalanaraq təmizlənməsi üçün istifadə edilirdi. Daha sonralar dünyada bu gün də spreylər şəklində istifadə olunan ağız dezodorantları yayıldı. Ancaq belə vasitələrin çatışmayan cəhəti odur ki, onlar çox az müddətə təsir göstərir.

Daha ətraflı
vocabulary

Anesteziya və onun növləri

Ağrı hissiyyatının azaldılmasının bir növü kimi, anesteziya insanlara hələ qədim dövrlərdə məlum idi. Belə ki, ağrı hissiyyatını azaltmaq üçün, qədim yunanlar narkotik təsiri olan mandraqora kökündən istifadə edirdilər.

Daha ətraflı
1039650_207772702709801_1946827768_o

Breketlər

Geniş yayılmış bir ehtimala görə, insanların 90%-də diş sırası forma və xarici görünüş baxımından müxtəlif əyilmə və sapmalara malikdir. Biz bu ehtimalı sübut, yaxud inkar etmək fikrində deyilik, ancaq diş qövslərinin gözə çarpan pozuntuları zamanı peşəkar həkim–ortodontun yardımına ehtiyacın olduğu da bir faktdır.

Daha ətraflı
1039650_207772702709801_1946827768_o

Diş ağardıcıları

Hazırda ən geniş yayılmış diş ağardıcısı ev ağardıcısı adlanan vasitədir: stomatoloq pasientə tərkibində ağardıcı gel olan maddə verir. Bu maddə bir neçə həftə ərzində hər gün bir neçə saatlığına dişlərə taxılır. Biz sizə hansı gellərin daha təhlükəsiz və effektiv olduğunu deyəcəyik.

Daha ətraflı