Facebook

az

ru

Terapiya

Terapevtik müalicə elə bir özüldür ki, onsuz sonrakı müalicə mərhələləri, implantasiya, protezləşdirmə, ortodontoloji və parodontoloji müalicə mümkün deyil. Müalicənin yekun nəticəsi və ümumilikdə, orqanizmin sağlamlığı ağız boşluğunda infeksiya ocaqlarının nə qədər ləğv edildiyindən çox asılıdır.

Stomatology and dental check2_2Bizim klinikanın terapevtlərinin əsas vəzifəsi  xəstələrin hətta xeyli dərəcədə dağıntıya məruz qalmış təbii dişlərini qoruyaraq bərpa etməkdir. Bu vəzifə müasir somatologiyanın əldə etdiyi ən son nailiyyətlərin köməyi və sınaqdan çıxmış ənənəvi metodların tətbiqi ilə uğurla yerinə yetirilir.

Müasir terapevt stomatologiyası, dişlərin istər müalicəsi, istərsə də bərpası sahəsində qabaqcıl texnologiyaların unikal ahəngindən ibarətdir. Məhz terapevt stomatologiyası kariesin və onun ağır formalarının – pulpit və periodontitin, həmçinin, müxtəlif travmaların effektiv profilaktik müalicəsini, diş sınıqlarının bərpasını, diş və diş kökü kanallarındakı zədələrin müalicəsini ehtiva edir. Keyfiyyətli və peşəkar terapevt müalicəsi ortodontoloji, ortopedik, parodontoloji müalicənin və diş implantasiyasının aparılması üçün möhkəm təməl rolunu oynayır. Bu işdə uğurun əldə edilməsi üçün, praktiki təcrübə, yüksək dərəcəli elmi hazırlıq və peşəkar əl bacarıqları böyük əhəmiyyətə malikdir.

Dental procedure_2Bizim stomatoloji klinikada yalnız yüksək ixtisaslı peşəkarlar işləyir. Xəstələrin qəbulu problemin müəyyənləşdirilməsindən, ağız boşluğunun diqqətlə müayinə edilməsindən və diaqnostik müayinənin aparılmasından başlayır. Bundan başqa, bizim həkimlər xəstələrə, müasir müalicə prosesinə uyğun olaraq, dolğun peşəkar konsultasiyası verir, bu zaman hər bir metodun üstün və çatışmayan cəhətlərini nəzərə alırlar.

Müalicənin yekun nəticəsi tamamilə düzgün diaqnozun qoyulmasından asılıdır. Ona görə də bizim mütəxəssislər həmişə fərdi müalicə metodlarına və xəstələrin seçimlərinə üstünlük verirlər. Biz, həmçinin, yalnız ən yeni müasir avadanlıqlardan və sınaqdan çıxmış lokal anesteziya metodlarından istifadə edirik. Buraya ″ümumi″ narkoz adlanan keyitmə üsulu da aiddir. Məhz bu üsulun sayəsində müalicə ağrısız keçir və xəstələrimizdə xoşagəlməz hisslərin yaranmasına səbəb olmur.

Bizim klinikanın stomatoloqlarının yüksək peşəkarlıq səviyyəsi və təcrübəsi dişlərin ən yüksək dünya standartlarında müalicə ediləcəyinə zəmanət verir. Bnunla yanaşı, mütəxəssislərimiz xəstə damaq və dişlərin diaqnostikası, həmçinin, gecikməyə yol vermədən müalicəsi məqsədilə, ağız boşluğunun profilaktik müayinəsinin vaxtında aparılmasının təövsiyə edirlər.

Dişlərin ağardılması

Hər bir insanın dişlərinin mina qatının irsi olaraq keçən öz təbii rəngi vardır. Çox nadir hallarda mina qatı qar kimi ağ rəngə malik olur. Ancaq təbii ki, hamı ağappaq gülüşlərə sahib olmaq istəyir.

healthy teeth and smileDişlərin ağardılması həqiqətən ağappaq və işıq saçan təbəssümə malik olmaq üçün ən sadə üsullardan biridir. Prosedurun özü o qədər də zəhmət tələb etmir – dişlərin ağardılması xüsusi ağardıcı gelin və halogen lampaların tətbiqi ilə həyata keçirilə bilər. Bu əməliyyat, istər ümumi stomatologiyada, istərsə də kosmetik stomatologiya praktikasında adi prosedurdur.

Bir qayda olaraq, uşaqların süd dişləri yetkin insanların dişlərindən daha açıq ağ rəngə malik olur. İnsan böyüdükcə və zaman keçdikcə, diş minerallarının tərkibindən asılı olaraq, dişlərin rəngi tutqunlaşır, çünki mina qatı daha məsaməli olur. Dişlərin rəngi bakteriya piqmentlərinin, qida və tütün məhsullarının təbii təsiri ilə də dəyişə bilər. Dişlərin ağardılması zamanı, əsasən, hidrogen peroksidi, karbamid peroksidi və s. kimi oksidləşdirici reagentlərdən istifadə olunur. Texnologiya belədir: oksidləşdirici dişin məsaməli mina qatına daxil olaraq, ləkəni təşkil edən maddəni turşudur və beləcə, dişi ağardır.

Bundan başqa, utunmamaq lazımdır ki, dişlərin ağardılması proseduru yalnız təbii dişlərə tətbiq edilə bilər (süni, qoyulma dişlərə deyil). Diqqətlə aparılmış çoxsaylı tədqiqatlar və kliniki təccrübələr sübut edir ki, dişlərin stomatoloq nəzarəti altında ağardılması heç bir təhlükə daşımır. Üstəlik, bir çoxları dişlərin ağardılmasını təklif edilən bütün stomatoloji və kosmetik prosedurlar arasında ən təhlükəsiz prosedur hesab edirlər.

″MediStyle Dental″ dişlərin ağardılması üzrə zəmanətli xidmətlər təklif edir. Sağlam və gözəl təbəssüm sizin özünüzə daha əmin, daha sərbəst və müstəqil olmağınıza şərait yaradır.