Facebook

az

ru

Оrtopediya

Dental imprintDişlərini itirmiş adamlar, olduqlarından daha yaşlı görünməklə yanaşı, həm də çeynəmə funksiyasının pozulması və sağlamlığın pisləşməsi nəticəsində, daha tez qocalırlar.  Dişlərin protezlərlə təmin edilməsi yolu ilə, biz itirilmiş, yaxud zədələnmiş dişləri əvəz edə bilən konstruksiya yaradırıq. Protezlər dişlərin xarici görünüşünün və funksiyasının yaxşılaşdırılması məqsədilə istifadə edilir. Klinikamızda ödənişsiz konsultasiya xidməti mövcuddur. Bu xidmətdən yararlanmaqla, siz həkimlərin sizin yanınızda tərtib etdiyi optimal plana əsasən aparılacaq və stomatoloji problemlərinizi kökündən həll edəcək müalicə barədə məlumat ala bilərsiniz.

Diş protezlərinin bizim həkimlər tərəfindən tətbiqi zamanı gözə çarpan xüsusiyyətlər protezlərin ağzınıza maksimum dərəcədə dəqiq oturdulması və əla görüntü xarakteristikasıdır. Məhz bu görüntü sayəsində, sizin protez dişləriniz canlı dişlərdən, demək olar ki, fərqlənməyəcək. Protezlərin hazırlanmasında istifadə olunan bütün materiallar, vinir və keramik dolqular yalnız ən yaxşı həkimlərin – işlərinin ustası olan peşəkarların işlədiyi ən müasir və bahalı avadanlıqlarda istehsal edilir.

Biz öz işimizin keyfiyyətinə cavab veririk. Klinikalarımızdakı avadanlıq və texnologiyalar dünya səviyyəsində standartlara uyğundur. Ancaq ortopediyada peşəkarlıq əsas meyardır. Keyfiyyətli protezlərlə təminat həmişə ortopedlə diş texnikinin müştərək səylərin və razılaşdırılmış fəaliyyətinin nəticəsində mümkün olur (implantasiyada implantoloqun işi də əhəmiyyət daşıyır). Xəstələrimiz əmin ola bilərlər ki, hər şey ən yüksək səviyyədə həyata keçiriləcək, çünki bizdə peşəkar ortopedlər, implantoloqlar və diş texnikləri işləyir.

Həkimlərin peşəkarlıq səviyyəsi sadəcə çox yüksək deyil, həm də daim yüksəldilməkdədir. Dünyada baş verən tendensiya və yeniliklər bizim həkimlərimiz üçün boş sözlər deyil. Bütün mütəxəssislərimiz (ortopedlər də daxil olmaqla) vaxtaşırı seminarlarda, klinikalararası və beynəlxalq konfranslarda iştirakçı, məruzəçi və təşkilatçı qismində iştirak edirlər.

Dental technician presenting dental prosthesisOrtopedik müalicə diş sırasının bütün funksional və estetik parametrlərinin bərpa edilməsinə şərait yaradır, həmçinin, qismən, yaxud tam itirilmiş dişlərlə bağlı problemlərin həlli ilə məşğul olur. Ortopedik müalicədə həm estetik, həm də funksional parametrlər bərabər dərəcədə önəm daşıyır. Dişlərin müalicəsi və protezlə təmin edilməsi yalnız gicgah-aşağı çənə oynağının və üz qövsünün tam kompüter diaqnostikasından sonra həyata keçirilir. Okklyuziya pozuntularının aşkarlanaraq kənarlaşdırılması üçün, biz artikulyatordan – aşağı çənənin hərəkətini imitasiya edən xüsusi mexaniki cihazdan istifadə edirik. Beləcə, xəstələrimizi yeni dişlərə öyrəşmə əziyyətindən azad edirik və müalicədən sonra, onlar özlərini tam rahat hiss edirlər.

Ortopediyada ən köklü istiqamətlərdən biri də dişlərin implantat üzərində protezləşdirilməsidir. Bu halda stomatologiyanın iki sahəsi – ortopediya və implantalogiya itirilmiş dişin yerinə yeni, gözəl bir dişin qoyulması üçün, bir vahid şəklində birləşir. Bu barədə daha ətraflı bizim ″İmplantasiya″ fəslimizdə öyrənə bilərsiniz.

Bu gün biz keramik dolqular və yüksək estetikliyə malik vinirlər, metal-keramika əsaslı və qeyri-metal qapaqlar, körpüşəkilli konstruksiyalar, implantlar üzərinə quraşdırılan protezlər və ən müasir variantlarda diş protezləri təklif edirik.

Müasir texnologiyaların sürətli inkişafı sayəsində, bu gün biz ziyarətçilərimizə qismən, yaxudtma itirilmiş dişlərin bərpası üçün geniş seçimlər təqdim edirik. Bizim üçün qeyri-mümkün heç nə yoxdur və hətta ən çətin hallarda belə, biz sizə yüksək peşəkarlıq səviyyəsinə malik stomatoloji yardım və zəmanətli nəticə təklif edə bilərik.