Hər bir stomatoloq təsdiq edər: implant protezlər itirdiyiniz dişlərin bərpası üçün ən yaxşı üsuldur. İmplantat çənə sümüyünə yerləşdirilən, titandan hazırlanmış süni diş köküdür. Dişlərin ″əkilməsi″ cərrah-iplantoloq tərəfindən həyata keçirilir. 2-4 ay sonra, implantat tam bitişdikdə, ortoped onun üzərinə diş qapağı, yaxud protez bərkidir. Bəzi hallarda, təcrübəli mütəxəssislər xüsusi implantatlardan istifadə edərək, eynizamanlı implantasiya həyata keçirə bilirlər. Bu zaman implantat və müvəqqəti diş qapağı xarab diş çıxarıldıqdan dərhal sonra onun yerinə taxılır, yəni dişsiz qalıb əziyyət çəkdiyiniz zaman sıfıra endirilir. Avropa və ABŞ-da implantatlar artıq 40 ildir istifadə olunur və bugünədək ən geniş yayılmış protez təminatı üsulu sayılır.
Çıxarılmış dişi əvəz etmək üçün, artıq ona bitişik dişləri yonub, körpüşəkilli protez taxmaq lazım gəlmir. İmplantat qonşu dişləri həm yonulmadan, həm də onların vaxtından əvvəl sıradan çıxmasına səbəb olan əlavə yüklənmədən xilas edir (körpüşəkilli protez qoyularkən, bunlar qaçılmazdır). Əgər bir neçə diş çıxarılıbsa, yaxud dişlərin heç biri yoxdursa, onda implantatlar çıxarılmayan protez üçün dəstək rolunu oynayır. Hələ bir neçə il əvvəl belə vəziyyətlərdə çıxarıla bilən protezə alternativlər yox idi.
İmplantat üzərinə bərkidilmiş diş sizin öz təbii dişləriniz kimidir. Belə protezlər qidanı çətinlik çəkmədən çeynəmək imkanını yenidən sizə qaytarır. Gəlsin almalar, köklər, ət və başqa dadlı yeməklər!
İmplantat protezlər adi protezlərdən daha uzun ömürlüdür. Əkmə dişin ağız və damağınıza uyğunlaşma faizi 98-99%-dir, istifadə müddəti isə, bir neçə on ilədək uzanır. Bütün bunları yalnız təcrübəli mütəxəssisin dünya tibb standartlarına uyğun olaraq həyata keçirdiyi implantasiya barədə demək olar. Belə ki, implantat sümük toxumasına düzgün və yetərli həcmdə yerləşdirilməli, üstəlik, bu zaman bütün ortopediya qanunlarına riayət edilməlidir.
İmplantasiyaya hazırlıq
İmplantatlarla bərpa planı ortoped və implantoloq tərəfindən, tomoqrafik tədqiqat əsasında tərtib edilir. Plana, mütləq, ağız boşluğunda aşkar edilmiş diş və damaq xəstəliklərinin müalicəsi də daxil edilir. Karies, periodontit, parodontit, diş daşı – bütün bunlar xəstəlik törədən, implantat ətrafındakı toxumaların iltihabına səbəb olaraq, onun çıxarılmasına gətirib çıxara biləcək bakteriyaların çoxalma mənbəyidir. Bəzi hallarda qanın ümumi analizinin verilməsi də lazım gələ bilər.
Proses necə gedir: əsas mərhələlər
1. Cərrahi mərhələ
İmplantatın bərkidilməsi 1 saatdan artıq çəkmir (adətən, 20-40 dəqiqə). Cərrah öncə damağı keyidir, daha sonra çənə sümüyündə xüsusi çökəklik yaradıb, implantatı və damaq formalaşdırıcısını (heç də həmişə tətbiq edilmir) yerləşdirir və nəhayət, tikiş qoyur. İmplantasiyanın bütün mərhələləri tamamilə ağrısız həyata keçirilir. Xəstə ya ümumiyyətlə heç nə hiss etmir, ya da sadəcə, bir qədər basqı hiss edir.
2. Sağalma mərhələsi
İmplantat yerinə bitişir. Bu mərhələnin müddəti 2-4 aydır. Əməliyyatdan sonrakı ilk bir neçə həftə ərzində implantatı həddən artıq yükləməmək, bunun üçün, yumşaq qida dieti saxlamaq, damaqları yalnız yumşaq diş fırçası ilə təmizləmək lazımdır.
3. Damaq formalaşdırıcısının qoyulması mərhələsi
Protez qoyulmazdan 3 həftə öncə implantata damaq formalaşdırıcısı qoyulur (əgər 1-ci mərhələdə qoyulmayıbsa). Formalaşdırıcı süni dişin ətrafında damaqların gözəl formaya malik olmasına kömək edir.
4. Ortopedik mərhələ
Ortoped implantata qapaq, yaxud protez taxır.
Stomatoloji implantasiyanın əsas üstünlükləri:
- Stomatologiyada dişlərin implantasiyası diş sırasının bir çox qüsurlarını dişləri yonmadan, onların sinirlərini çıxarmadan həyata keçirməyə imkan yaradır.
- Dişlərin implantasiyası arxa dişlərin bərpası zamanı çıxarıla bilən protezlər üçün daha maraqlı alternativ təşkil edir.
- İmplantasiya ağızda heç bir olmadıqda belə, çıxarıla bilməyən protezləri tətbiq etməyə imkan verir.
İmplantatların tətbiqi itirilmiş dişlərin bərpası məqsədilə həyata keçirilən ən qabaqcıl icadlardan biridir. İmplantasiya proseduru bizim mütəxəssislər tərəfindən icra edildikdən sonra, sizdən implantatlara qulluq üçün hər hansı xüsusi şərt tələb olunmur. Əvvəlki kimi, diş fırçası+diş sapı=ən yaxşı qulluq. Bu gün dünyada yüzlərlə insan hər gün dişlərin belə bərpası üsuluna müraciət edir.
Biz dişlərin implantasiya üsulu ilə keyfiyyətli prozetlə təminatını həyata keçiririk. Göstərilən stomatoloji xidmətlərin ödənişi sizin başqa tibb mərkəzlərinə deyil, məhz bizə müraciət etməyinizə əsas yaradır. Bizim implantatlar bütün beynəlxalq keyfiyyət standartlarına cavab verir!