Facebook

az

ru

Diaqnostika

Dentist officeHər hansı xəstəliyin uğurlu müalicəsi, əksər hallarda, düzgün diaqnozdan başlayır. Bunu dişlərin diaqnostikasına da aid etmək lazımdır.

Stomatologiyada vaxtında tətbiq edilən müasir şüa diaqostikası müalicəni xəstəliyin ilk mərhələsində, lap başlanğıcında aparmağa imkan verir. Məslən, dişlərin duruşu ilə bağlı qüsurların vaxtında diaqnoz edilərək aşkarlanması onları çənənin formalaşdığı dövr olan uşaq yaşlarında qısa müddət ərzində və heç bir narahatlıq olmadan düzəltməyə şərait yaradır. Kariesin erkən təşxisi isə, dişləri qoruyaraq, əməliyyat müdaxiləsi olmadan müalicə etməyə imkan yaradır. Bizim stomatologiya diş qüsurlarının, eləcə də ağız boşluğunun digər xəstəliklərinin erkən diaqnostikası üçün bütün texniki və kadr potensialına sahibdir. Ən son texnologiyalara əsaslanan stomatoloji avadanlıqlar mümkün xəstəliklərin ən erkən dövrdə aşkar edilərək, kompüter vasitəsilə analiz edilməsinə zəmanət verir.

Stomatoloqlarımızın arsenalında aşağıdakı vasitələr vardır:

Kompüter diaqnostikası:

1. Radiovizioqraf: – minimum dozada şüalanma ilə sərrast rentgenoqrafiya;

Stomatoloqlar klinik təsvirin simptomlarına diqqət yetirirlər. Diaqnostika prosesində əlavə müayinələr lazım olduqda, mütəxəssislər rentgenoloji müayinə təyin edirlər. Rentgenoloji müayinə üçün, stomatoloji klinikamızda radiovizioqraf mövcuddur. Klinikaların əksəriyyəti artıq adi rentgenin istifadəsindən imtina etmişlər, çünki bu üsul elə də dəqiq təsvir vermir və üstəlik, pasientlər üçün bir çox mənfi cəhətlərə malikdir. Radiovizioqraf isə, təsvirlərin kompüterin ekranına ötürülərək analiz edilməsinə imkan verir. Bu cihazın sayəsində, stomatoloqlar aparılan müalicənin keyfiyyətini nəzarətdə saxlayaraq, manipulyasiyalar üçün lazımi həcmi seçirlər.

2. Ortopantomoqraf – diş sırasının icmal təsvirlərinin əldə edilməsinə imkan verən cihaz.

Ortopantomoqraf rəqəmsalrentgenoqrafiyanı həyata keçirir. Rentgendən fərqli olaraq, burada təsvir dəqiq və daha keyfiyyətli alınır, üstəlik, daha az şüalanma baş verir. Bu cihaz çənə və dişləri bütün tərəflərdən, fərqli vəziyyətlərdə müşahidə etməyə şərait yaradır. Ortopantomoqraf çənədəki sümük və yumşaq toxumaların xəstəliklərinin diaqnostikası üçün nəzərdə tutulmuşdur. Bu cihaz ortodontiyada (dişlərin yumulu ağızda duruşunun düzəldilməsi), ortopediyada (dişlərin protezlə təmin olunması) və implantologiyada zəruri vasitədir.

3. Apekslokator – diş kökü kanalının uzunluğunun ölçülməsində yeni metod;

Dental equipmentDişin kök kanalının müalicəsinin keyfiyyətli təşkili üçün, bu aparatın olması mütləqdir. Onsuz diş kökünün uzunluğunu dəqiq ölçmək mümkün olmadığı və kanalda iş üçün lazımi alətlərin seçimi aparıla bilmədiyi üçün, müalicənin müəyyən nəticələri istənilən səviyyədə əldə edilməyə bilər.

Ancaq bu, bizim klinikamızda tətbiq edilən diaqnostika metodlarının heç də hamısı deyil. Diaqnostika məqsədlərindən başqa, rəqəmsal cihazlar dişlərin implantasiyası və başq mürəkkəb manipulyasiyalarda da istifadə olunur. Bundan başqa, stomatoloqun vizual müayinəsi də böyük önəm daşıyır.

İlk növbədə, stomatoloq dişlərin rənginə diqqət yetirir. Dişlərin rənginin dəyişmiş olması pasientin müxtəlif preparatlar qəbul etdiyindən, dişlərin travma aldığından, diş kariesi və ya başqa diş xəstəliklərindən xəbər verə bilər. Bundan başqa, mina qatının rəngi, dişin relyefi və şəffaflığı da dişlərin bərpası və protezlə təmin edilməsində, keramik breketlərin qoyulması və diş əkilməsində əhəmiyyətə malikdir. Yalnız keramikanın və ya breketlərin çalarının dəqiq seçilməsi sayəsində arzuolunan estetik effekt əldə edilə bilər. Əks halda, diş qapaqları süni görünəcək və qoyulma olduğu bilinəcək.

Biz ən qabaqcıl cihazları məxsusən dəqiq diaqnostika məqsədilə almışıq ki, siz ağız boşluğunuzun vəziyyəti barədə hər şeyi vaxtında bilib, xəstəliklərin qarşısını erkən inkişaf mərhələsində ala biləsiniz!