Stomatoloji cərrahiyyə, əsasən, ağıl dişlərinin, eləcə də karies, travma və ya iltihab nəticəsində bərpası mümkün olmayacaq dərəcədə zədələnmiş dişlərin çıxarılması ilə məşğul olur. Bundan başqa, stomatoloji cərrahiyyədə adi əməliyyatlara diş kökünün yuxarı hissəsinin, iltihablı törəmələrin kənarlaşdırılması və ortodontoloji müalicə, yaxud protezləşdirmə ilə bağlı cərrahiyyə manipulyasiyaları da daxildir.
Ağıl dişlərinin çıxarılması – ″səkkizlik″: Ağıl dişləri, bir çox hallarda, başqa dişlərdən çox sonra çıxır və ona görə də bəzən çənədə onlar üçün yer olmur. Əgər ″səkkizlik″ pis yerləşibsə, onların təmizlənməsi çətinləşir və belə vəziyyətlər iltihaba gətirib çıxara bilir. ″Səkkizlik″, demək olar ki, heç bir funksional əhəmiyyət malik deyil və əksər hallarda onların çıxarılması tövsiyə edilir.
Ağıl dişlərinin çıxarılması zamanı meydana çıxa biləcək çətiliklər sırf fərdi xarakter daşıyır. Əgər diş tam çıxıbsa, adətən, onu kənarlaşdırmaq başqa dişlərə nisbətən asan olur. Ancaq diş heç çıxmayıbsa, yaxud qismən çıxıbsa, ağırlaşma və əməliyyatın uzanması ehtimalı artır. Adətən, əməliyyat yalnız istisna hallarda, qeyri-cərrahi müalicə üsulları problemi həll edə bilmədikdə aparılır.
Bir çoxlarının əməliyyatlardan heç də xoşu gəlmir, ancaq bəzi hallarda əməliyyat ən uyğun və uzun müddətə daha faydalı variant olur. Əgər siz daim kəskin ağrıdan əziyyət çəkirsinizsə, cərrahiyyə yeganə çıxış yolu ola bilər.
Stomatologiyanın bu sahəsi ″çənə-üz cərrahiyyəsi″ də adlanır. Buraya dişlərin, çənələrin və damaqların müalicəsi üzrə geniş prosedurlar spektri aiddir.
Stomatoloji cərrahiyyənin növlərinə daxildir:
- Çənə-üz cərrahiyyəsi;
- Diş kökü kanallarının cərrahiyyəsi;
- Dişlərin çıxarılması;
- Diş implantatları;
- Gicgah-aşağı çənə oynağının disfuksiyası;
- Üz/çənə travmaları.
Çənə-üz cərrahiyyəsi
Çənə-üz cərrahiyyəsinə çənə, damaqlar və boyunda aparılan əməliyyatlar aid olub, həm yumşaq, həm də bərk toxumaları, eləcə də bir neçə mürəkkəb əməliyyatı əhatə edir.
Çənə-üz çcərrahiyyəsinə misal kimi, sümük plastikasını, dişlərin çıxarılmasını, dişlərin qeyri-düzgün duruşunun düzəldilməsini, üzdəki şişlərin kənarlaşdırılmasını və ″canavar ağzı″ kimi doğuşdan olan qüsurların düzəldilməsini aid etmək olar.
Diş kökü kanallarının əməliyyatı
Bu stomatoloji prosedur sellüloz-kök kanalında yayılaraq, ağrı və iltihaba səbəb olan bakteriyalara yoluxmuş dişlərin müalicəsi məqsədilə həyata keçirilir. Bu zaman infeksiya ocağı kənarlaşdırılır və dolqudan əvvəl kök kanalı təmizlənir.
Dişlərin çıxarılması
İndiki dövrdə stomatologiya texnologiyası inkişaf etdiyi üçün, dişlər nadir hallarda çıxarılır. Ancaq hələ də dişin mütləq kənarlaşdırılmalı olduğu hallara rast gəlinir. Belə hallara misal kimi, ağıl dişlərinin çıxarılmasını göstərmək olar. Bundan başqa, güclü iltihab nəticəsində sinirlər məhv olduqda da dişləri çıxarırlar.
Diş implantları
Bu proses iki mərhələdən ibarət olub, çənəyə kiçik implantatın yerləşdirilməsi və yerləşdirilmiş implantatın çənənin təbii sümüyü ilə bitişməsini ehtiva edir. Özül hissə çənə sümüyü ilə bitişdikdən sonra, onun üzərində diş tacı bərkidilir.
Gicgah-aşağı çənə oynağının disfunksiyası
Gicgah-aşağı çənə oynağının pozğunluğu çənənin hərəkətinə və elastikliyinə təsir edir. Bəzi hallarda, çənənin vəziyyətinin düzəldilməsi və normal funksiyasının bərpası üçün əməliyyat keçirilməli olur.
Üz və çənə travmaları
Üz travmaları (məsələn, qəza nəticəsində) zamanı bərpa məqsədli cərrahiyyə müdaxiləsinə ehtiyac yarana bilər. Bu zaman, çənənin bərpası üçün, sümük materialının zədələnmiş nayihəyə köçürülməsi həyata keçirilə bilər.
Stomatoloji cərrahiyyənin başqa növləri
Başqa stomatoloji cərrahiyyə növlərinə ağır üz yaralarının müalicəsi, eləcə də dağılmış sinirlərin və qan damarlarının bərpası daxildir.Əməliyyatlar ortodontiyada breket-sistemlərin yerləşdirilməsi üçün dişlərin çıxarılması lazı olduqda da aparılır. Məsələn, dişlərin qeyri-düzgün duruşunun düzəldilməsi zamanı üst dodaqlar alt dişlərdən önə çıxdıqda, çənədə ağrılara və dişlərin vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilir.
Üz, boyun, baş dərisinin və ya ağzın xərçəngi kimi şişlər də cərrahi yolla müalicə edilir. Bu zaman xoşxassəli və bədxassəli törəmələr kənarlaşdırılır, daha sonra isə, xəstə kimyəvi müalicə kursu keçir.
Dişlərin qorunub-saxlanması üçün həyata keçirilən əməliyyatlar zamanı diş, yaxud ən azından onun bir hissəsi gələcəkdə protezləşdirmə üçün istifadə edilmək məqsədilə saxlanır. Ancaq son dövrlərdə müasir metodika və avadanlıqların yayılması sayəsində, belə əməliyyatlara ehtiyac azalmaqdadır. Sözügedən əməliyyatlar, bir çox hallarda, dişin qorunub-saxlanmasının yeganə yolu əməliiyyat olduqda həyata keçirilir.
Bizim klinikamıza baş çəkdiyiniz zaman, heç nədən qorxmaya bilərsiniz. Biz xəstələrimizə həssaslıqla yanaşır və istənilən cərrahi əməliyyatı mümkün qədər ağrısız həyata keçiririk. Mütəxəssislərimiz əməliyyatlarda ən müasir müalicə texnologiya və metodlarından istifadə etdikləri üçün, ən mürəkkəb əməliyyatları belə uğurla tamamlayaraq, dişləri sağlam saxlamağa nail olurlar.