A-dan Z-ə Dental Likbez
Diş qapaqları
Diş qapaqları dişlərin stomatoloji bərpasında istifadə olunan ayrıca növü təşkil edir. Qapaqlar sement vasitəsilə bərkidilir və dişin xarici səthini (damaqlardan yuxarıdakı səthi) örtür. Mahiyyəti etibarilə, qapaqlar dişin yeni səthi rolunu oynayır. Diş qapaqlarının hazırlanmasında istifadə olunan materiallara çini, qızıl, müxtəlif metal qatışıqları və ya bu materialların bir sıra kombinasiyaları daxildir.
Daha ətraflıDişlərin rəngi
Stomatologiyada diş rənglərinin, eləcə də diş parlaqlığı və mina qatının şəffaflığının dərəcələrə görə fərqləndirilməsi qəbul olunmuşdur. Diş rəngini, əsasən, mina qatının rənginin müəyyən etməsinə baxmayaraq, ona dentin və diş özəyi kimi diş hissələri də təsir edir. Mina qatı və dentinin tərkibinə daxil olan əsas kimyəvi elemenlər – kalsium və fosfor kimi qeyri-üzvi maddələr dişə ağlıq verir. Dişin tərkibində maqnezium, ftor, dəmir, sink və başqa mikroelementlər də olur. Mina qatı insan oqranizmində ən bərk toxuma olduğu və bircinsli kristal quruluşuna malik olduğu üçün, möhkəmlik və parlaqlıq kimi xüsusiyyətləri ilə fərqlənir. Mina qatının rəngi, əsasən, şəffaf, bəzən isə, sarımtıl və ya göyümtül çalara malik olur.
Daha ətraflıDişlərin yumulu ağızda vəziyyəti
Dişlərin yumulu ağızda vəziyyətinin bir neçə növü var. Ancaq rahatlıq üçün, sözügedən vəziyyəti, əsasən, iki növə bölürlər: fizioloji (normal) və patoloji. Dişlərin yumulu ağızda vəziyyətinin diaqnostikası ona görə vacibdir ki, dişlərin düzgün olmayan duruşu insan sağlamlığına ziyan vura bilər.
Daha ətraflıDolqu
Stomatoloji dolqu karies və ya başqa zədələr nəticəsində yaranmış diş boşluğuna tətbiq edilən, bərkimə xüsusiyyətinə malik yumşaq maddədir. Dolqunun əsas funksiyası dişi gələcək zədələnmələrdən qorumaqdır. Dolquların seçilməsində istifadə olunan meyar onların möhkəmliyi, uzun ömürlülüyü, dişlər və ümumilikdə orqanizm üçün təhlükəsizliyi, məsaməli olması, estetik xüsusiyyətləri və əlbəttə, qiymətidir.
Daha ətraflıİrriqator
Görünüşünə görə, stomatoloji irriqator, bu gün bir çoxlarının istifadə etdiyi elektrik diş fırçalarını xatırladır. Əsas fərq ondadır ki, irriqatorda tüklər əvəzinə xüsusi ucluq var. Alətin iş prinsipi hidromasaja əsaslanır. Belə ki, irriqatora quraşdırılmış kompressor təzyiq yaradır və yaradılan təzyiq nəticəsində su basıncı ucluğa yönəlir. Ağız boşluğunda çətin əlçatan yerlərin təmizlənməsi su şırnağı vasitəsilə həyata keçirilir. Bu sayədə qida qalıqları asanlıqla kənarlaşdırılır, dil və dişlərdəki çirk, ərp və ləkələr təmizlənir.
Daha ətraflı