Facebook

az

ru
Geri

Diş ağardıcıları

Hazırda ən geniş yayılmış diş ağardıcısı ev ağardıcısı adlanan vasitədir: stomatoloq pasientə tərkibində ağardıcı gel olan maddə verir. Bu maddə bir neçə həftə ərzində hər gün bir neçə saatlığına dişlərə taxılır. Biz sizə hansı gellərin daha təhlükəsiz və effektiv olduğunu deyəcəyik.

Evdə diş ağardıcısı üçün plastik forma sizin çənənizin anatomik xüsusiyyətləri nəzərə alınaraq hazırlanır. Bu üsul sadə və effektivdir, ancaq unutmaq olmaz ki, proses stomatoloqun nəzarəti olmadan keçəcəyi üçün, istifadə etməyə hazırlaşdığınız ağardıcının təhlükəsiz olduğundan əmin olmalısınız. Ağardıcı vasitənin tətbiq üsulunu diqqətlə öyrənmək lazımdır, əks halda siz öz sağlamlığınıza sağalmaz yara vura bilərsiniz.

Bu gün ağardıcı gellərin sayı çoxdur və onları istər klinikalarda, istərsə də apteklərdə əldə etmək mümkündür. Ən təhlükəsiz və effektiv vasitə olduğu qəbul edilmiş aktiv element karbamid peroksididir. Bu maddə ağardıcı gelin tərkibində 10%-dən çox olmamalıdır. Ehtiyatlı olun, aptek və dükanlarda satılan gellərin əksəriyyətinin tərkibində karbamid peroksidi əvəzinə, sizin sağlamlığınıza zərər vura biləcək hidrogen peroksidi vardır.