Facebook

az

ru
Geri

Ağız yaxalama vasitələri

İlkin ağız yaxalama vasitələri yalnız dezodorant kimi istifadə edilirdi. Bir qayda olaraq, bu vasitələr su-spirt qarışığından ibarət olub, mentol, vanilin və ot cövhərlərindən hazırlanmış bir neçə təravətləndirici komponenti də ehtiva edirdi. Bu vasitələr qida qəbulundan sonra ağızdakı qida qalıqlarının yaxalanaraq təmizlənməsi üçün istifadə edilirdi. Daha sonralar dünyada bu gün də spreylər şəklində istifadə olunan ağız dezodorantları yayıldı. Ancaq belə vasitələrin çatışmayan cəhəti odur ki, onlar çox az müddətə təsir göstərir, üstəlik, sadəcə qoxunu aradan qaldırır, onun səbəbinə isə heç bir müdaxilə etmir.

Qoxunun səbəbi isə, diş ərpində çoxalan bakteriyalardır. Bu zərərvericiləri aradan qaldırmaq üçün, istehsalçılar diş eliksirlərinə antiseptik komponentlər əlavə edirlər. Bu gün yalnız sırf gigiyenik rol oynayan adi yaxalama vasitələrə deyil, həm də müalicəvi-profilaktik xüsusiyyətə malik yaxalama vasitələri mövcuddur. Bu vasitələr bir neçə qrupa bölünür:

  • dezinfeksiya vasitələri;
  • karies əleyhinə vasitələr;
  • iltihab əleyhinə vasitələr.

Cəmi bir neçə on il bundan öncə, diş fırçası və məcununun mövcudluğu haqqında hətta tanınmış adamların belə heç nə bilmədiyi vaxtlarda ot cövhərləri ilə ağız yaxalamaq ağız boşluğuna qulluğun yeganə vasitəsi idi. Bu gün diş eliksiri yalnız təravətli nəfəs üçün və karies profilaktikası əlavə vasitə rolunu oynayır, ancaq bu sahədə aparıcı rola malik deyil. Belə məhsullar dişlərin fırça ilə təmizlənməsini əvəzləmir, sadəcə bu proseduru tamamlayır.