Facebook

az

ru

Müştəri Rəyləri

Mehriban

Klinikanın həkimi terapevt Samirə Bayramovaya minnətdaram. O məni bir neçə dəfə müalicə edib, hərə dəfə də ondan çox razı qalmışam. Belə qüsursuz və peşəkar yanaşma bizim şəhərdə nadir görülən hadisədir. Üstəlik, xəstəyə göstərilən diqqət məni lap heyrətdə qoydu. Tövsiyə edirəm.

Yelena

Mən oğlumla stomatoloq İmran Ağayevin yanına gedirəm. O təkcə diş müalicə etmir, həm də uşaqlarla yaxşı dil tapır. Onu tanıyanadək, oğlum diş həkiminin yanına sürgünə gedirmiş kimi gedirdi! İndi isə, əvvəlcədən kimin yanına getdiyimizi bildiyi üçün, həkimə gedəndə heç qorxmur.

Tamilla

Mən cərrah-stomatoloq Səmədova yüksək peşəkarlığı və xəstələrə gözəl münasibətinə görə minnətdarlığımı bildirmək istəyirəm. İndiki dövrdə həkimlər çox az hallarda xəstələrə pulqabı gözü ilə baxmır. Cəfərağa müəllim isə bir istisnadır. O, ″pul qazanmağa″ deyil, müalicə etməyə, yardım göstərməyə, həmişə xəstələrin öz dişlərini saxlayaraq müalicə etməyə çalışır. O elə bir həkimdir ki, ona tam etibar etmək olar. Terapevt Samirə Bayramovaya da xüsusi təşəkkür edirəm!

Fikrət

Uzun müddət idi ki, qeyri-bərabər və bir qədər qırıq ön dişlərlə gəzirdim. Həkim təkcə məni bu qüsurun düzəldilməli olduğuna inandırmaqla qalmayıb, həm də bərpa yolu ilə dişlərimin yumulu ağızdakı vəziyyətini düzəltdi. Buna görə, klinikanın işçi heyətinə, xüsusən də həkim Ağayevə dərin minnətdarlığımı bildirirəm.

Gülnarə

Salam. ″MediStyle Dental″ klinikasına işçilərinin peşəkarlığına, diqqət və qayğısına görə böyük təşəkkür düşdüyünü bildirmək istəyirəm. Həyat yoldaşımla mən artıq 5 ildir ki bu klinikaya gedirik və biz həm keyfiyyətli iş, həm də qiymətlər baxımından, çox razıyıq. Xəstə güclü ağrıdan əziyyət çəkərkən, klinikanın həkimləri onları sakitləşdirir, lap uşaq kimi davranırlar və hər şey tezcə keçib gedir. İki gün əvvəl dişlərin ultrasəs üsulu ilə təmizlənməsi prosedurunu keçdik. Heç gözləmirdim ki, 1-2 tonla dişləri təmizləyib-ağartmaq mümkün olsun. Çox sağ olun!