Facebook

az

ru
Geri

Diş qapaqları

Diş qapaqları dişlərin stomatoloji bərpasında istifadə olunan ayrıca növü təşkil edir. Qapaqlar sement vasitəsilə bərkidilir və dişin xarici səthini (damaqlardan yuxarıdakı səthi) örtür. Mahiyyəti etibarilə, qapaqlar dişin yeni səthi rolunu oynayır. Diş qapaqlarının hazırlanmasında istifadə olunan materiallara çini, qızıl, müxtəlif metal qatışıqları və ya bu materialların bir sıra kombinasiyaları daxildir.

Diş qapaqları müxtəlif məqsədlərə xidmət edir. Bu məqsədlər, əsasən, aşağıdakılardır:

— bərkitmə,
— xarici görünüşün yaxşılaşdırılması,
— formanın bərpası.

Dişlərin bərpası üçün adi dolğudan da istifadə etmək mümkündür, ancaq qapaqların bir sıra üstün cəhətləri var. Müalicə edən həkim sizin çənənizin qəlibini çıxarır və bu qəlib əsasında diş texniki diş qapaığını hazırlayır. İşinin ustası olan texnik sizin ağzınızda dişlərin xüsusiyyətlərini öyrənib elə diş qapağı hazırlayır ki, o, çənənizin anatomiyasına tam uyğun gəlir. Bəzən, hətta diş qapağının forması dişin özünün ilkin formasından da yaxşı olur.

Dişi tamamilə örtdüyü üçün, çini, yaxud metal-keramikadan hazırlanmış diş qapağı dişin xarici görünüşünü xeyli yaxşılaşdırır. Diş qapaqlarının tətbiqinin ən məşhur nəticəsi hollivud ulduzlarının gülüşündə özünü göstərir. Bir çox ictimai xadimlər məhz belə parlaq dişləri ilə öyünürlər. Ancaq diş qapaqlarının yalnız dişlərin xarici görünüşünün yaxşılaşdırılması məqsədilə quraşdırılması heç də ən yaxşı seçim deyil. Sırf kosmetik effekt üçün, ilk növbədə, farfor vinirlərin, ağartma üsullarının, hətta dişlərin vəziyyətinin düzəldilməsinin nəzərdə tutulması lazımdır.