Facebook

az

ru

Dişlərin protezlə təmin edilməsi

Bir və ya bir neçə itirilmiş diş problemini dişlərin protezlə əvəzlənməsi yolu ilə həll etmək olar.  Dağılmış dişlər, yaxud itirilmiş dişlərin yeri təkcə qeyri-estetik görünmür, həm də sizin sağlamlığınıza zərər vurur: çeynəmə funksiyası pozulur, immunitet aşağı düşür, qalan dişlər boş yerlərə doğru hərəkət edir. ″MediStyle Dental″ stomatoloji klinikası dişlərin protezlə təmin edilməsi sahəsində bütün variantları təqdim edir. Buraya bənd protezlər və dişlərin implantasiyası da daxildir. Müasir diş protezləri dağılmış, yaxud itirilmiş dişləri gözəl, tam funksiyalı dişlərlə əvəzləməyə imkan verir.

Dişlərin protezlə təmin edilməsi çıxarıla bilən və çıxarıla bilməyən protezlər vasitəsilə həyata keçirilir. Bu üsullardan hər birinin öz üstünlük və çatışmazlıqları var, ancaq burada çox şey konkret hallarda bu və ya digər üsulun tətbiq sahəsindən asılıdır. Təcrübəli həkim konsultasiyada sizin üçün ən optimal üsulu seçərək sizə tövsiyə edir. Klinikamızın stomatoloqları sizin sağlam dişlərinizi maksimum dərəcədə qoruyaraq, əvvəlki həyat keyfiyyətinə yenidən qovuşmağınıza yardım edəcəklər.

Dişlərin protezlə təmin edilməsinin növləri

Stomatoloqlar diş protezlərini 3 kateqoriyaya bölürlər: çıxarıla bilən, qismən çıxarıla bilən və çıxarıla bilməyən protezlər. Çıxarıla bilməyən protezlərə aiddir:

Keramik dolqular – mahiyyət etibarilə adi dolqulardan fərlənmir. Ancaq bu dolqu növü laboratoriyada xəstənin fərdi xüsusiyyətləri əsasında, bir qayda olaraq, keramikadan hazırlanır və çıxarıla bilməyən protezlərə aid edilir. Belə dolqular diş boşluğuna maksimum dərəcədə dəqiq oturur və yüksək estetikliyə malik olur. Adi dolqudan fərqli olaraq, keramik dolqu daha uzunömürlüdür və zahiri cəhətdən, dişin özündən seçilmir.

Keramik vinirlər – incə keramik lövhəcik şəklində hazırlanıb, dişin xarici səthini örtən çıxarıla bilməyən protezlər. Bir qayda olaraq, vinirlər təbəssüm zamanı görülən dişlərə tətbiq edilir və dişlərin formasının, eləcə də rənginin yaxşılaşdırılması məqsədinə xidmət edir.

Lüminirlər, yaxud Hollivud vinirləri – Keramikadan hazırlanmış həddən artıq incə lövhəciklər. Bu lövhəciklərin vasitəsilə həyata keçirilən protezləşdirmə üçün dişlərin əvvəlcədən yonulması gərəkmir. Vinirlərdən fərqli olaraq, lüminirlər çıxarıla bilir. Ancaq belə protezlərin aradan qaldırdığı çatışmazlıqların siyahısı məhduddur.

Qalpaq diş qapaqları – diş tacını əvəzləyən, dişin təbii formasını imitasiya edən qapaqlar. Sözügedən protez növü daxilində ən geniş yayılmış variantdır.

Körpüşəkilli protez – bir neçə süni diş tacından ibarət olub, süni dişlərə və ya diş köklərinə taxılır. Diş protezləri sahəsində klassik variant hesab olunur. Bu kateqoriyaya müvəqqəti estetik konstruksiya kimi tətbiq edilən körpüşəkilli adgeziv protezləri də aid etmək olar.

Diş implantatı – itirilmiş dişin yerinə çənə sümüyünə yerləşdirilən, üzərinə süni diş tacı  bərkidilən titan “kök”.

Qalan bütün konstruksiyalar qismən, yaxud tamamilə çıxarıla bilən diş protezləridir. Buraya aiddir:

Plastinkalı protezlər – akril və ya neylon əsaslı süni dişlər. Tam çıxarıla bilir, dişsiz hissələrin selikli qişası, çənə və damaqların üzərinə oturur. Bu protezlərin qismət çıxarılan variantı təbii dişlərin elementləri üzərində qurulur. Tam çıxarıla bilən plastinkalı protezlər diş protezləri arasında ən çox üstünlük verilən növ hesab edilir.

Bənd protezlər – konstruksiyanı saxlayan və artıq təzyiqdən qoruyan mexanizmlər, qövs və süni dişlər quraşdırılmış metal karkaslı protezlər. Belə diş protezləri laboratoriyada hazırlanır.

Dental imprint (2)Hər bir protez növü və protezləşdirmə metodu, dişlərin xoşagəlməyəz rənginin aradan qaldırılmasından tutmuş, itirilmiş dişlərin əvəzlənməsinədək, müəyyən funksional və estetik vəzifəni həyata keçirir.

Əmin olun ki, bizim klinikada sizi protezləşdirmə sahəsində ən uyğun qiymətlər və göstərilən xidmətlərə verilən zəmanət gözləyir. Mütəxəssislərimizin qəbuluna yazılmaq üçün, bizimlə telefon əlaqəsi yarada, yaxud internet saytımızın ″Əlaqə″ bölməsində sadə bir forma doldura bilərsiniz. Beləcə, təyin olunmuş vaxtda sizi klinikada gözləyəcəklər.

Dişlərin protezlə təmin edilməsi çox çətin stomatoloji prosedurdur. ″MediStyle Dental″ klinikasının mütəxəssisləri bu proseduru tam ağrısız və yüksək keyfiyyətlə həyata keçirəcəklər. Biz ziyarətçilərimizə yalnız ən yeni, etibarlı və fəsadsız diş protezləri təklif edir və sizin dişlərinizin sağlamlığına zəmanət veririk.