Facebook

az

ru

Pasiyentlərə

Dental Assistant″MediStyle Dental″ klinikası stomatologiyanın bütün istiqamətləri üzrə xidmətlər həyata keçirir: terapiya, implantologiya, ortodontiya, parodontiya, ortopediya. Biz xəstələrə tam xidmətlər kompleksi təklif edir, fərdi müalicə planı tərtib edir, müalicə müddətini koordinasiya edir və optimal yekun müalicə variantını proqnozlaşdırırıq. Keyfiyyətli stomatoloji xidmətin göstərilməsi üçün, tibb mərkəzi müasir avanadlıqlar, materiallar və yüksək dəqiqliyə malik cihazlarla təchiz olunmuşdur.

Həkim-stomatoloqların yüksək peşəkarlığı müntəzəm ixtisasartırma fəaliyyətləri, ixtisas kursları, xarici professor və həmkarların iştirak etdiyi seminarlar, xaricdə təcrübə kursları vasitəsilə təmin olunur və bu kurslardan alınan diplom və sertifikalarla vasitəsilə təsdiq edilir. Həkimlərimizin bir çoxu ali təhsil müəssisələrində tədris fəaliyyəti ilə məşğul olur.

İlkin müayinədə sizə unikal rentgen aparatı olan ortopantomoqrafda diaqnostika keçmək təklif olunur. Bu aparat ağız boşluğunuzun rentgen təsvirini keyfiyyətli müalicə və protezləşdirmə üçün zəruri olan panorama diaqnozu ilə verir. Sizə ağız boşluğunuzun kliniki vəziyyəti barədə məlumat verilir və bütün mümkün müalicə vaiantları təqdim edilir. Bütün xidmət variantları ilə saytımızın ″Xidmətlər″ bölməsində tanış ola bilərsiniz.

Müalicə yardımı

Mürəkkəb vəziyyətlərin uğurlu həlli (dişlərin və ağız boşluğundakı başqa orqanların patologiyası) üçün, bir çox hallarda, bir neçə tibb mütəxəssisinin tərcübəsi lazım olur. ″MediStyle Dental″ stomatologiya mərkəzi bu sahədə ixtisaslaşmış təcrübəli və yaradıcı peşəkarların ittifaqıdır. Biz müasir, etibarlı və sınaqdan çıxmış texnologiya və konsepsiyalardan istifadə edərək, tam müalicə yardımının göstərilməsi prinsipinə sadiqlik nümayiş etdiririk.

İşçi heyətin peşəkarlığı və təcrübəsi, klinikanın vaxtında təchiz edilməsi istənilən stomatoloji yardımı göstərməyə imkan verir6 müalicə, protezləşdirmə, dişlərin ağardılması, dişlərin yumulu ağızda duruşunun düzəldilməsi (qeyri-düzgün yerləşmiş dişlərin düzəldilməsi), diş implantasiyası, ambulator cərrahiyyə (dişləri qorumaq məqsədilə keçirilən əməliyyatlar), parodontiya (dişlərin ətrafındakı toxumaların xəstəliklərinin müalicəsi), uşaq stomatologiyası. Bizim klinikada yalnız konkret zəmanətdən söhbət gedir. Xəstələrlə iş zamanı, biz profilaktikaya, eləcə də dişlərin funksional və estetik bərpasına xüsusi diqqət ayırırıq.

Profilaktik yardım

Ziyarətçilərimizə təklif edilən profilaktika proqramı ən geniş yayılmış diş və ağız boşluğu xəstəlikləri barədə xəbərdarlıq məqsədinə xidmət edir. Biz müalicədən sonra da sizin klinikamıza ödənişsiz müayinəyə gələcəyinizə ümid edirik. Bu müayinədə mütəxəssislərimiz ağız boşluğunuzu diqqətlə müayinə edərək (diş toxumalarında dəyişikliklər, qoyulmuş dolqular, damaq və ağız boşluğundakı başqa orqanların vəziyyəti), sizə fərdi profilaktika və eytiyacınızın ola biləcəyi müalicə barəsində konkret tövsiyələlər verəcəklər.

Estetik stomatologiya

İndiki dövrdə, xüsusən gənclər görünüşlə bağlı xüsusi tələblərə malikdirlər və bu tələblərə uyğun görünmək istəyirlər. Burada insanlarla ünsiyyət zamanı xüsusi əminlik verən qar kimi bəyaz gülüşlərin xüsusi yeri vardır. Məhz bu baxımdan, həkim-stomatoloq tərəfindən polixrom restavrasiyanın keçirilə bilməsi çox böyük önəm daşıyır. Müasir materiallardan ibarət çeşid canlı dişin toxumalarını bütün çalar xüsusiyyətləri, şəffaflığı və çoxqatlılığı ilə tam imitasiya etməyə və beləcə ən gözəl effekti əldə etməyə imkan verir. Bu yolla dişlərinizin məruz qaldığı rəng və forma dəyişikliyi, dişlər arasındakı aralıqlar, köhnə, tutqunlaşmış dolqular, sınıq və əyri dişlər, eləcə də bir çox qüsurlar aradan qaldırılır.

Endodontik müalicə (diş kökü kanallarının müalicəsi) 

Həkim-stomatoloqa vaxtında müraciət etməməyiniz karies prosesinin ağırlaşmasına – zamanla diş toxumalarını dağıdaraq, diş damarları və sinirlərinin iltihabına gətirib çıxaran pulpitə səbəb ola bilər. Nəticədə, dişin həssas olduğu aşağı temperaturlarda xoşagəlməz, döyüntülü-ağrılı hisslər yarana bilər (sərin və ya soyuq qida məhsullarının qəbulu, şaxtalı hava və s.). Ancaq ağrı tutmaları adi hallarda da baş verə bilər (həmçinin gecələr). Pulpitin ağırlıq dərəcəsindən asılı olaraq, belə ağrı tutmaları müxtəlif intensivlik və davamlılığa malik olur.

İmplantatlar üzərinə taxılan çıxarıla bilən protezlər  

Yaşam müddətinin uzunluğu artdıqca, keyfiyyətli protezlərə olan tələbat da artır. Bu gün yaşlı adamlar, bir çox hallarda, aktiv həyat tərzi keçirirlər və bu, onlarda özlərinə əminlik hissinin yüksək olmasını zəruri edir. Ona görə də bütün dişlərini itirmiş insanların yüksək keyfiyyətli protezlərlə təmin edilməsi məsələsi öz aktuallığını gündən-günə artırır. Bir qədər əvvələdək, belə hallarda stomatoloqlar tam çıxarıla bilən protezlərin tətbiqini təklif edirdilər. Ancaq müəyyən anatomik səbəblərdən, yuxarı çənəyə taxılan tam çıarıla bilən protezlərdən istifadə qənaətverici olsa da, alt çənədə belə protezlərin istifadə edilməsi çox çətin idi. Çünki alt çənənin əlverişsiz anatomik xüsusiyyətləri üzündən, ona protez bərkitmək olmurdu. Ona görə də xəstələrin üzləşdiyi belə vəziyyətlərdə ən çox əziyyət çəkdikləri problem protezin yerinə oturmaması, ağızda pis durması idi. Belə protezlərlə çeynəmək mümkün deyildi. Müasir dövrdə dişlərin implantasiyası bu vəziyyəti yaxşıya doğru dəyişmişdir. Qeyd etmək yerinə düşər ki, implantatların köməyi ilə, bütün dişlərini itirmiş çənəni belə protezlə təmin etmək mümkündür. Bu zaman iplantat əsaslı çıxarıla bilməyən protez konstruksiyası quraşdırılır. Bütün dişlərini itirmiş alt çənəyə çıxarıla bilməyən protez quraşdırılması üçün, stomatoloq 6-8 implantat yerləşdirməlidir. Eyni məqsədlə üst çənəyə taxılan implantatların sayı isə, 8-10 arası dəyişir. Bu qədər implantatın tətbiqi, bir çox səbəblərə görə, heç də həmişə mümkün olmur.

Dental care montage_2Dişsiz çənəyə çoxsaylı implantatların qoyula bilməməsinin səbəbləri bunlardır:

Birinci səbəb xəstənin anatomik xüsusiyyətlərindən – çıxarıla bilən protezin taxılması üçün zəruri olan miqdarda implantaların yerləşdirilməsinə imkan verməyən sümük toxumasının olmasından irəli gəlir.

İkinci səbəb yetərli sayda implantatların qoyulmasının maddi baxımdan mümkün olmamasıdır.

Üçüncü səbəb xəstənin çoxsaylı və iri həcmli cərrahi müdaxiləyə məruz qalmağa razılıq verməməsidir.

Dördüncü səbəb – xəstə artıq tam çıxarıla bilən protezdən istifadə edir, ona öyrəşib və çıxarıla bilməyən protezə keçmək istəmir, yalnız öz protezinin ağızda oturma keyfiyyətini yaxşılaşdırmaq istəyir.

İmplantat əsaslı protezlərin üstünlükləri bunlardır:

Bütün hallarda implantat əsaslı çıxarıla bilən protezlərin istifadəsi mümkündür. Müxtəlif quruluşlarda ola bilən belə protezlər çənəyə sıx bərkidilir və çənədə boşluq problemi həll olunur. ″MediStyle Dental″ klinikasının stomatoloqu sizə məhz hansı quruluşun daha uyğun olduğunu müəyyənləşdirəcək. İmplantat əsaslı çıxarıla bilən protez dörd implantat üzrərinə də yerləşdirilə bilər. Dörd implantatlı diş protezi sözügedən protezlərin üstünlüyünü hiss etməyə imkan verən yaxşı protezləşdirmə variantıdır.

Stomatoloji implantat nədir? Görünüş və hissiyyat baxımından, o, əsl dişdən fərqlənmir! Stomatoloji implantat çatışmayan dişi əvəz edən süni dişdir. O, bioloji cəhətdən uyğunlaşan material olan titan xəlitəsindən hazırlanır və vintə bənzəyir. Stomatoloji implantatlar bir və ya bir neçə çatışmayan dişin əvəz edilməsində istifadə olunur. İmplantatlar çənə sümüyünə cərrahi yolla yerləşdirilir və süni diş üçün özül rolunu oynayır. Zamanla, sümük hüceyrələri implantatın ətrafını sarır, onu çənəyə bərkidir və sümük toxumaları ilə bitişdirir. Stomatoloqlar implantatları təbii dişlər kimi görünən diş taclarının qoyulması üçün də istifadə edir.

İmplantatlar ideal həll deməkdir! Əvvəllər çatışmayan diş probleminin həlli üçün ən yaxşı üsul hesab edilən qismən, yaxud tam diş protezləri olan körpülərdən fərqli olaraq, stomatoloji implantatlar ağızda kip oturur və qonşu sağlam dişlərə zərər vurmur. Aparılmış elmi araşdırmalara görə, ağızlarına körpü yerləşdirilmiş insanların 85%-i bu protez növündən razı qalmır, onu gündəlik  istifadəyə uyğun hesab etmirlər.

Biz ziyarətçilərimizə yüksək rahatlıq və xidmət, ən önəmlisi isə, 100%-lik keyfiyyət və təhlükəsizlik zəmanəti veririk!