Facebook

az

ru

Ortodontiya

Dentist shows a patient x-rayDişləriniz qeyri-bərabərdir? Gülümsəməyə utanırsınız? Ətrafınızdakılarla münasibətlərinizdə gərginlik keçirirsiniz? Vəziyyəti necə düzəldəcəyinizi bilmirsiniz?

Ortodontiya (yunanca orthos – düz, latınca dens, dentis – diş) qeyri-düzgün düzülmüş dişlərin düzəldilməsi, dişlərin yumulu ağızdakı duruşunun korreksiyası ilə məşğuldur. Hərfi tərcümədə ortodontiya ″düz, bərabər dişlər″ deməkdir. Ortodontiya dişlərin qeyri-düzgün duruş və ya qeyri-bərabər yerləşməsi kimi geniş yayılmış çənə-diş anomaliyalarını aradan qaldırmaqda insnalara yardım edir. Təəssüf ki, heç də hamı düz, bərabər və gözəl dişlərinin olması ilə fəxr edə bilmir.

Bizim klinikanın həkim-ortodontu dişlərinizin duruşundakı pozuntuları düzəldəcək, dişlərin yumulu ağızdakı vəziyyəti ilə bağlı əyrilikləri xüsusi aparatların köməyi ilə aradan qaldıracaq. Ortodont aparatını tətbiq etməzdən öncə, həkimlərimiz karies və damaq xəstəliyi kimi fəsadları yox etmək üçün, zəruri kompleks profilaktik müalicə tədbirləri görəcəklər. İlkin, ödənişsiz konsultasiyada klinikamızın mütəxəssisi sizə ən optimal breket-sistemi təklif edəcək. Nəticədə, müalicə prosesi maksimum dərəcədə effektiv olacaq.

Breket-sistemlərin xüsusiyyəti ondan ibarətdir ki, bu sistemlər hər bir fərd üçün ayrıca hazırlanır. Müalicənin effektli olması və breketlərin ağızda rahat daşına bilməsi üçün, belə yanaşma mütləqdir. Ənənəvi breket-sistemlərlə yanaşı, bizim klinikada diş əyriliklərinin düzəldilməsi sahəsində alternativ, müasir variantlar da tətbiq edilir. Ümumiyyətlə, əhalinin 60-80%-də yumulu ağızda dişlərin duruşu ilə bağlı əyriliklər müşahidə edilir və onların, təxminən, hər üç nəfərindən birinin ortodont müalicəsinə ehtiyacı vardır.

Dentist working

Dişlərin düzəldilməsinin ilkin mərhələsi breket-sistemlərin quraşdırılmasıdır. Breketlər metal, keramika, qızıl, yaxud sapfirdən düzəldilə bilər. Hər bir konkret halda ortodont aparatı fərdi qaydada seçilir. Müalicənin son mərhələsi isə, dişlərin ortodontiyada tətbiq edilən xüsusi cihaz (reteyner) vasitəsilə düzəldilmiş vəziyyətdə saxlanmasından ibarətdir.

Düzəldilməyən diş əyrilikləri tez-tez karies, parodont kimi xəstəliklərə, dişlərin erkən itirilməsinə gətirib çıxarır, gələcəkdə isə, protez qoyularkən əlavə çətinliklərə, eləcə də gicgah-aşağı çənə oynaqlarında dəyişikliklərə səbəb ola bilər. Bundan başqa, qeyri-bərabər dişlər ünsiyyət zamanı psixoloji problemlər də yarada bilər.Sözügedən əyriliklərin vaxtında və bizim klinikanın peşəkar həkim-ortodontu tərəfindən düzəldilməsi sayəsində, orqanizminizdə baş verməsi mümkün olan bir çox pozuntuların profilaktikası həyata keçirilmiş olacaq.

Bizim ortodontiya bölməmizdə breket-sistemlərin geniş seçimi mövcuddur:

- Vestibulyar (xarici) və linqval (daxili) breketlər;
- Şəffaf və metal breketlər;
- Özü tənzimlənən və tənzimlənməyən breketlər;
- Uşaqlar üçün parlaq və böyüklər üçün neytral rəngli breketlər.

Müalicə bitdikdən sonra, siz cazibəli təbəssümə sahib olacaqsınız!