Facebook

az

ru

Uşaqların müalicəsi

Funny and happy little girl in a dental surgery with big smile.Bizim uşaq stomatologiyasının əsas ideyası uşağın özünü evdəki qədər rahat və təhlükəsiz hiss edə biləcəyi, ancaq həm də gərginlik keçirmədən, göz yaşı tökmədən keyfiyyətli stomatoloji yardım ala biləcəyi məkanın təşkil edilməsi olmuşdur. Uşaqların stomatoqun yayına ilk gəlişi çox önəmlidir. Bundan onların sonrakı müalicə prosesinin uğuru, dişlərin uzun illər ərzində sağlamlığı asılıdır.

Bizim uşaqstomatologiyası uşaqlara stomatoloq qarşısında keçirdikləri qorxunu unutdurmaq, onlara ömürlük sağlam və gözəl dişlər bəxş etmək məqsədinə xidmət edir. Klinikamızda yalnız müair uşaq stomatologiyasında istifadə olunan qabaqcıl metodika tətbiq edilir. Müalicə bütün standartlara cavab verir, çünki bizim həkimlər daima öz ixtisaslarını artırırlar.

Uşaq stomatologiyası bölməsinin istiqamətləri bunlardır:

  • Süd dişlərinin müalicəsi,
  • Süd dişlərinin çıxarılması,
  • Ortodontoloji müalicə,
  • Uşaqların dişlərinin gümüş örtüklə örtülməsi.

Uşaq stomatologiyasında əsas rolu uşaq ortodontiyası oynayır, çünki dişlərin yumulu ağızda duruşunun düzəldilməsi və dişlərin düzləşdirilməsi kimi əməliyyatlar üçün ən uyğun dövr uşaqlıq dövrüdür. Bundan başqa, uşaq yaşlarında dişlərin qeyri-düzgün duruşunun qarşısının alınması üçün profilaktik tədbirlərin keçirilməsi də mümkündür.

Yetkin adamların dişləri kimi, uşaqların süd dişləri də eyni qulluğu tələb edir. ″MediStyle Dental″ süd dişlərinin sağlamlığının qorunması üçün tam xidmətlər kompleksi təklif edir: süd dişlərinin diş toxumalarını möhkəmlənidrən kalsium və ftor tərkibli dolqu materialları ilə profilaktikası və müalicəsi, kariesin qarşısının alınması üçün hermetizasiya, eləcə də uşaqlarda dişlərin qeyri-düzgün duruşunun düzəldilməsi.

Diş həkiminə vaxtında getmək çox vacibdir. Məhz ona görə də uşaq stomatoloquna vaxtaşırı baş çəkmək lazımdır. ″MediStyle Dental″ klinikasında uşaqlarda kariesin müalicəsi ən müasir material və texnologiyaların tətbiqi ilə aparılır, müalicə yalnız yüksək ixtisaslı stomatoloqlar tərəfindən həyata keçirilir. Biz diş həkiminə gələn uşaqlar üçün müalicə prosesinin maksimum dərəcədə rahat keçməsinə çalışırıq.