Facebook

az

ru

Konsultasiya

Dentist Teeth X-RayBizim klinika həm ayrı-ayrı sahələr üzrə mütəxəssislərin, həm də konsiliumların (bir neçə mütəxəssisin birgə konsultasiyası) konsultasiya xidmətlərini təklif edir. Əgər xəstə özünün stomatoloji problemini dəqiq bilirsə, məsələn, ona dişlərin kariesinin müalicəsinin, yaxud yeni protezin lazım olduğundan xəbərdardırsa, onda birinci halda, konsultasiya məqsədilə stomatoloq-terapevtin, ikinic halda isə, protez həkiminin qəbuluna yazıla bilər. Xəstə hansı mütəxəssisin qəbuluna yazılmalı olduğunu bilmədiyi təqdirdə isə, konsiliuma yazılmaq tövsiyə edilir. Konsiliumda stomatoloq-terapevt, ptotez həkimi və cərrah iştirak edir. Həkimlər xəstəni diqqətlə dinləyir, bütün ağız boşluğunu müayinə edir, roentgen təsvirlərini nəzərdən keçirir və diaqnoz qoyurlar. Diaqnoz qoyulduqdan sonra, optimal plan və alternative müalicə variantları müəyyən edilir. Stomatoloqun konsultasiyasında xəstə müalicənin müddəti, ödənişi və zəmanəti barədə məlumatlandırılır.

Əgər stomatoloji xəstəliklərin profilaktikası, dişlərin müalicəsi ilə bağlı hər hansı sualınız varsa, hətta sadəcə təcrübəli mütəxəssisin tövsiyələrinə ehtiyacanız varsa, stomatoloqun konsultasiyası əvəzedilməzdir.

Dentist Showing Dental X-Ray To CoupleÖzünüzü müalicə etməyə çalışmayın! Axı hətta ən təcrübəli stomatoloq belə, sizi şəxsən görmədən, dəqiq diaqnoz qoya bə düzgün tövsiyələr verə bilməz. Ona görə də, ciddi stomatoloji problemlərinizin olduğunu hiss edirsinizsə, yaxşı olar ki, şəxsən klinikaya gəlib, ödənişsiz stomatoloq konsultasiyası alasınız.

Yalnız əyani müayinə zamanı stomatoloq sizə problemləriniz barədə dəqiq və ətraflı məlumat verə, müvafiq müalicə kursu təklif edə bilər. Yalnız stomatoloji klinikada sizə lazımi rentgenoloji müayinə xidməti göstərilə, ağzınızın selikli qişası müayinə edilə və sizə uyğun müalicə planı tərtib edilə bilər.

Ödənişsiz stomatoloq konsultasiyasına yazılmağın ən asan yolu bizə telefonla zəng etmək, yaxud saytımızda mövcud olan ″Əlaqə″ formasını doldurmaqdır. Beləcə, biz sizinlə əlaqə yarada bilərik